Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Hizbullah” İsrailin Livana son hücumlarına cavab olaraq İsrailin şimalına raketlər atdığını açıqlayıb.

Təşkilat 9 aprel 2026 səhər saatlarında yaydığı bəyanatda İsrailin atəşkəs razılaşmasını pozmasına cavab olaraq İsrailin Manara yaşayış məntəqəsini raketlərlə hədəf aldığını bildirib.

“Hizbullah” qisas əməliyyatlarının “ölkəmizə və xalqımıza qarşı ABŞ-İsrail təcavüzü dayanana qədər” davam edəcəyini elan edib.

Livan mətbuatının məlumatına  əsasən, “Hizbullah” hərbçiləri Bakı vaxtı ilə 20:00 qədər İsrailə qarşı 26 əməliyyatın keçirib.