
İsrailin Livana qarşı aqressiyası ilə atəşkəsin şərtlərinin pozulması deməkdir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bəyan edib.
“Sionist rejimin Livana qarşı yenidən başladığı təcavüz ilkin atəşkəsin açıq şəkildə pozulmasıdır“, – deyə o qeyd edib.
Pezeşkian vurğulayıb ki, İsrailin atdığı bu cür addımlar aldadıcı yanaşmanı və öhdəliklərə əməl olunmadığını göstərir və bütün bunlar nəticədə danışıqları mənasızlaşdırır
“Dünya Livandakı qırğınları görür. Top ABŞ tərəfdədir və dünya onun öhdəliklərinə uyğun hərəkət edib-etməyəcəyini izləyir“, – deyə o qeyd edib.
Pezeşkian əlavə edib: “Barmaqlarımız tətikdə qalır. İran heç vaxt Livandakı bacı və qardaşlarını tərk etməyəcək“.
HƏMÇİNİN OXU:






























