Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun ikinci yarısında Rusiyaya səfər etməyi planlaşdırır.

“Az.shafaqna.com” xəbər verir ki, o, həmin dövrdə yüksək səviyyəli görüşlərin təşkili ilə bağlı razılıq əldə olunduğunu bildirib.

Paşinyan həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə apreldə baş tutan görüşü müsbət dəyərləndirir və səfərin kifayət qədər uğurlu keçdiyini qeyd edib.