
Az.shafaqna.com xəbər verir ki, bu gün Bütün Gürcüstan Müsəlman İdarəsinin (BGMİ) din xadimləri və əməkdaşları Tbilisi və Batumidə 9 Aprel faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Bildirilib ki, 9 aprel Gürcüstan tarixində həm faciə, həm də dövlətçilik baxımından mühüm gün kimi qeyd olunur. 1989-cu ilin 9 aprelində ölkənin müstəqilliyi uğrunda aparılan mübarizə zamanı dinc vətəndaşlar həyatını itirib. Bu hadisədən iki il sonra isə Gürcüstanda “Dövlət Müstəqilliyi Aktı” qəbul edilib.
Anım mərasimində çıxış edənlər qeyd ediblər ki, vətən uğrunda canlarından keçən insanlar ölkənin müstəqilliyinin əsasını qoyan qəhrəmanlardır.
Sonda dualar edilərək bildirilib ki,qəhrəmanların xatirəsi daim uca tutulmalı, onların arzusu olan müstəqil, güclü və suveren dövlətin qorunması hər bir vətəndaşın borcudur.

































