
9 Aprel faciəsindən 37 il keçir. 1989-cu il aprelin 9-da, səhər tezdən Sovet İttifaqının Silahlı Qüvvələri bölmələri Tbilisi şəhərinin mərkəzində, parlament binası qarşısında dinc etiraz aksiyasını dağıtdı və bu, insan tələfatı ilə nəticələndi.
Az.shafaqna.com xəbər verir ki, hadisə nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə vətəndaş isə tərkibi müəyyən edilməmiş qazdan zəhərləndi.
Daha sonra, 1991-ci il aprelin 9-da Gürcüstanın Ali Soveti ölkənin dövlət müstəqilliyinin bərpasını elan etdi.
9 aprel Gürcüstanın yaxın tarixində həm faciə, həm də müstəqilliyin bərpası günü kimi yadda qaldı.






























