Az.shafaqna.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO Baş katibini yenidən Qrenlandiya ilə şantaj edib.

O deyib ki, “NATO bizə lazım olan zaman kömək etmədi, yenə də lazım olsa, yenə də köməyə gəlməyəcək”.

“Böyük və pis idarə olunan buz parçasını – Qrenlandiyanı unutmayın”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, Tramp dəfələrlə Qrenlandiyaya qarşı torpaq iddiası edib. Adıçəkilən ada ABŞ-ın NATO üzrə müttəfiqi Danimarkaya məxsusdur.