İran və ABŞ arasındakı atəşkəsin şərtləri aydın və konkretdir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərakçi bəyan edib.

O deyib ki, Vaşinqton seçim etməlidir: ya atəşkəs, ya İsrailin əli ilə davam edən müharibə. Nazir hər iki variantın eyni anda mümkün olmadığı qeyd edib.

Ərakçi bildirib ki, dünya İsrailin Livanda törətdiyi kütləvi qırğınları görür.

“Top ABŞ tərəfdədir və dünya ABŞ-ın öz öhdəliklərinə əməl edib-etməyəcəyini izləyir”, – deyə o əlavə edib.

Xatırladaq ki, danışıqlara və onun şərtlərindən biri kimi atəşkəsə dair razılıq əldə edilsə də, İsrail bu gün Livanı bombardman edərək yüzlərlə dinc livanlını qətlə yetirib və yaralayıb.