
İnternet ensiklopediyası “Vikipediya” rəhbərliyi portalda süni intellekt vasitəsilə yaradılmış mətnlərin dərcinə qadağa tətbiq etdiyini elan edib.
Az.shafaqna.com xəbər verir ki, yeni qaydalar artıq saytın ingilisdilli versiyasında qüvvəyə minib.
Müəlliflərə artıq məqalə məzmununu süni intellekt vasitəsilə yaratmaq və ya yenidən yazmaq qadağandır. Redaktorlar neyron şəbəkələrdən mətnin yaxşılaşdırılması üçün alət kimi istifadə edə bilərlər: bu, qrammatika və orfoqrafiyanın yoxlanmasına aiddir. Bundan əlavə, süni intellektdən mətnlərin tərcüməsində kömək məqsədilə istifadə etmək olar. “Vikipediya”nın administratoru Chaotic Enby bildirib ki, yeni qaydalar rəhbərlikdə uzun müddət müzakirə olunub – səsləndirilən dəyişikliklər ən məntiqli variant kimi qəbul edilib.
Bununla yanaşı, müəlliflər neyron şəbəkələrin köməyindən istifadə ediblərsə, dərcdən sonra məqalələri yoxlamalıdırlar. “Vikipediya”nın sahibləri bildiriblər ki, süni intellekt tərəfindən yazılmış məzmunu aşkar etmək hələ də çətin məsələ olaraq qalır. Buna görə də belə materialların saytda görünməsi hələ də mümkündür.






























