ABŞ danışıqlarla bağlı razılığın şərtlərini pozub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

O deyib ki, Vaşinqton 10 maddəlik təklifin artıq 3 bəndini danışıqlar prosesi başlamazdan öncə pozub.

Qalibaf bildirib ki, ABŞ-a qarşı dərin tarixi etimasızlıq var, çünki Birləşmiş Ştatlar həmişə olduğu kimi bu dəfə də öz öhdəliklərinə əməl etməyib və artıq təkliflər toplusunun 3 bəndi kobudcasına pozulub:

  1.  Pakistan Baş naziri Şahbaz Şərifin də açıq şəkildə bəyan etdiyi Livanda və digər regionlarda atəşkəsə dair şərt Livanda pozulub;
  2.  İran hava məkanına PUA ilə müdaxilə edilib, bununla da İranın hava sahəsinin pozulmaması şərtinə də riayət edilməyib;
  3. ABŞ 10 maddəlik tələbdə qeyd edilən İranın uranı zənginləşdirmək hüququnu inkar edib.

O vurğulayıb ki, belə bir şəraitdə ikitərəfli atəşkəs və ya danışıqlar aparmaq mənasızlaşıb.