Az.shafaqna.com-un verdiyi xəbərə görə, Gürcüstan Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası arasında atəşkəsin elan edilməsini alqışlayır və bunun mümkün olmasına səbəb olan effektiv vasitəçilik səylərini müsbət qiymətləndirir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkə hesabında yazıb.

Hökumət başçısı ümid edib ki, bu addım gərginliyin azaldılmasına töhfə verəcək, regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün davamlı diplomatik əlaqələri təşviq edəcək.