
İndiyə qədər Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri – təbi iqaz, elektrik enerjisinin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq”, – nazir qeyd edib.






























