Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 11 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1039 -ə çatıb, onlardan 900 nəfər sağalıb, 15 nəfər ölüb.  Karantin rejimində 5687 vətəndaş, stasionarlarda isə 232 nəfər qalır.