İraqın Mülki Aviasiya İdarəsi bildirib ki, aprelin 8-dən etibarən ölkənin hava məkanı yenidən istifadəyə verilib və bütün hava limanları fəaliyyətini bərpa edib.

“Az.shafaqna.com”un məlumatına görə, vəziyyətin sabitləşməsindən sonra hava hərəkətinin bərpasına qərar verilib.

Bundan sonra İraq hava limanlarında tranzit, eniş və uçuşlar müəyyən olunmuş qayda və təlimatlara uyğun şəkildə həyata keçiriləcək