Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İranda qarşıdan gələn prezident seçkiləri üçün namizədlərin qeydiyyatı 11 maydan start götürəcək.

Bu barədə İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının bəyanatında deyilir.

Namizədlərə qeydiyyat üçün 5 gün təqdim ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri 18 iyuna təyin edilib.

Qeyd edək ki, hazırkı prezident Həsən Ruhani öz namizədliyini irəli sürə bilməz, çünki artıq 2 dəfə ardarda seçilib.

Əvvəlki məqaləRusiya Azərbaycanda kombayn istehsal edəcək
Növbəti məqalədəŞöbə müdiri: “Mayın sonuna qədər çaylarda sululuğun artması gözlənilir”