
Az.shafaqna.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bütün İran xalqını yox etməklə hədələyib.
O deyib ki, “bu gecə bütöv bir sivilizasiya həlak olacaq” və bundan sonra həmin xalq bir daha mövcud olmayacaq.
“Mən bunun baş verməsini istəmirəm, amma çox güman ki,bu baş verəcək”, – deyə Tramp əlavə edib.
Dünya mediaları qeyd edir ki, Tramp İrana kütləvi qırğın silahı olan atom bombalarından istifadə edə bilər. Artıq ABŞ-a məxsus və nüvə silahı daşıya bilən bombardmançı təyyarələr Britaniyada yerləşən bazalardan qalxaraq İrana doğru hərəkət edir.
Qeyd edək ki, İslam Respublikasının əhalisinin sayı təxminən 93 milyon nəfərdir və azərbaycanlılar İran əhalisinin mühüm hissəsini təşkil edir.






























