
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür.
Az.shafaqna.com xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.
130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 32 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər girov götürülüb.
Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.






























