Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya hərbçiləri Suriya ordusunun tank dəstələri ilə birlikdə bir sıra təlimlər keçiriblər.
Suriyalı tankçilarla təlimlərə ilk növbədə müxtəlif manevrlərin yerinə yetirilməsi və onların dəfələrlə təkrarı daxildir. Ən çətin manevrlərdən biri də maşının hərəkətinin hesabına düşmənin top atəşlərindən qaçmağa imkan verən artilleriya əleyhinə ziqzaqdır.
Təlimlərə həmçinin atəş hazırlığı da daxildir.
Bu məqaləni paylaş