Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.

Az.shafaqna.com xəbər verir ki, söhbət zamanı strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb.

Görüşdə ölkələrin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirilib, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunulub, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.