
Almaniyada hərbi xidmət haqqında yeni qanuna əsasən, 17–45 yaş arası kişilər xaricdə uzun müddət qalmaq üçün icazə almalıdırlar.
Az.shafaqna.com xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minən hərbi xidmətin modernləşdirilməsi haqqında qanun Rusiya-Ukrayna müharibəsinin fonunda hərbi potensialı yönəlib.
Almaniya Müdafiə Nazirliyindən qeyd edilib ki, 17–45 yaşlı kişilər artıq üç aydan çox müddətə xaricdə qalmaq üçün əvvəlcədən icazə almalıdırlar.
Qanuna görə, adi hallarda bu cür icazələr verilməlidir. Hələlik bu qaydanın necə tətbiq olunacağı və onu pozanlara qarşı hansı tədbirlərin görüləcəyi aydın deyil.
Qanun qəbul edilərkən bu müddəaya az diqqət yetirilib və geniş ictimai müzakirə yalnız cümə günü başlayıb.
Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu tədbirin məqsədi “etibarlı və effektiv hərbi qeydiyyat sisteminin təmin edilməsidir”.
“Fövqəladə vəziyyət zamanı kimin uzun müddət xaricdə olduğunu bilməliyik”, – deyə o qeyd edib.
Açıqlamada vurğulanır ki, bu qərarın gənclər üçün “genişmiqyaslı nəticələri” ola bilər və istisnalarla bağlı qaydaların hazırlanmasının “lazımsız bürokratiyanın qarşısını almaq üçün” aparıldığı bildirilir.
Bu tələbin hüquqi əsası Almaniyanın 1956-cı il Hərbi Mükəlləfiyyət Qanununa dayanır və həmin qanun bir neçə dəfə dəyişdirilib, sonuncu dəfə isə ötən ilin dekabrında.





























