
Pakistanda mövcud neft ehtiyatlarının təxminən 12 günə çatacağı bildirilir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Pakistan Maliyyə Nazirliyi məlumat verib.
Qeyd edilib ki, ehtiyatların sabit saxlanması ölkəyə daxil olan yeni yüklər və planlaşdırılan idxal hesabına təmin olunur.
Nazirliyin açıqlamasına görə, neft emalı zavodları normal rejimdə fəaliyyət göstərir və benzin, dizel və ümumi neft təchizatı ilə bağlı vəziyyət hazırda stabildir.
Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki gərginlik və Fars körfəzi ölkələrindən enerji təchizatında yaranan problemlər səbəbindən sərt qənaət tədbirlərinə başlayıb.
Bu çərçivədə martın 18-dən etibarən ölkədə məktəblər bağlanıb, ali təhsil müəssisələri isə distant təhsil formatına keçib. Həmçinin dövlət qulluqçularının yarısı uzaqdan işləməyə yönləndirilib, dövlət qurumlarında isə dörd günlük iş həftəsi tətbiq olunub.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı müharibə başladıblar ki, bu da dünyanın neft bazarında qlobal problemlərə səbəb olub.






























