
Türkiyənin gündəliyində növbədənkənar prezident seçkiləri yoxdur.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel mütəmadi olaraq növbədənkənar seçkilərin keçirilməsinə çağırır. Ərdoğan isə bu çağırışları şərh edərkən vurğulayıb ki, növbəti prezident seçkiləri 2028-ci ilə planlaşdırılıb və başqa gündəm mövcud deyil.
“Gündəliyimizdə nə aralıq, nə də növbədənkənar seçkilər var”, – deyə Ərdoğan qeyd edib.






























