
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukrayna ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığını açıq şəkildə düşmənlik addımı kimi dəyərləndirir.
Az.shafaqna.com xəbər verir ki, Moskva belə əməkdaşlığı Rusiyanın təhlükəsizlik maraqlarına qarşı yönəlmiş addım hesab edir.
Onun sözlərinə görə, Ukraynada Yaponiya ilə birgə qurulacaq PUA istehsalı müəssisələri Rusiya ordusu üçün legitim hərbi hədəf sayılacaq.
Qeyd olunur ki, Yaponiyanın “Terra Drone Corporation” şirkəti Ukraynanın pilotsuz uçuş aparatları istehsalçısı “Amazing Drones” ilə bu istiqamətdə əməkdaşlıq barədə razılığa gəlib.






























