
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda xarici vətəndaşlar üçün C5 kateqoriyalı yeni vizanın tətbiqi planlaşdırılır.
Bununla bağlı “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna dəyişikliklər hazırlanıb.
Təklif edilən layihəyə əsasən, bu yeni viza çoxdəfəlik giriş imkanı verəcək və 5 il müddətinə təqdim olunacaq. Eyni zamanda, viza sahibinə Gürcüstanda 1 ilə qədər qalmaq hüququ tanınacaq. C5 vizası əsasən turizm və işgüzar məqsədlərlə ölkəyə gələn qeyri-rezidentlər üçün nəzərdə tutulur. Bundan əlavə, həmin vizanı alan şəxslərin həyat yoldaşı və azyaşlı uşaqları üçün də viza rəsmiləşdirmək mümkün olacaq.
Qanun layihəsi hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanıb, artıq parlamentə təqdim edilib və ona sürətləndirilmiş qaydada baxılması gözlənilir.






























