
Rusiyada xərçəngə qarşı hazırlanmış peyvənd artıq rəsmi şəkildə icbari tibbi sığorta sisteminə daxil edilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin göstəriş verib.
Yeni sistemə əsasən, bu peyvənddən istifadə vətəndaşlar üçün ödənişsiz olacaq.
Məlumata görə, bu peyvənd hər bir xəstə üçün fərdi şəkildə hazırlanır. Onun yaradılmasında insanın RNT-si əsas götürülür. Həkimlər əvvəlcə xəstədən şiş hüceyrələrini götürür, daha sonra isə qısa müddət ərzində həmin hüceyrələrə uyğun xüsusi peyvənd hazırlayırlar.






























