Moldovada fermerlər hakimiyyət kənd təsərrüfatı sektoruna təcili dəstək tədbirləri görməyəcəyi halda kütləvi etiraz aksiyaları keçirəcəkləri ilə hədələyirlər.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Fermerlərin Gücü” Assosiasiyasının ölkə prezidentinə, baş nazirinə və parlament sədrinə ünvanladığı açıq məktubda deyilir.

“Yanacağın qiymətinin 60%-dən çox sürətlə artması fonunda, hakimiyyətin kənd təsərrüfatı məhsullarına 20% ƏDV tətbiq etmək niyyəti və subsidiya siyasəti çərçivəsində taxıl və yağlı bitkilər sektorunda fermerlərin maraqlarının nəzərə alınmaması faktiki olaraq mikro, kiçik və orta kənd təsərrüfatı istehsalçılarını yaşamaq şansından məhrum edir. Əgər yaxın 5 gün ərzində hakimiyyət tərəfindən dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı addımlar görməsək, kütləvi etirazlar keçirmək hüququmuzu özümüzdə saxlayırıq”, – deyə bəyanatda bildirilir.