
Az.shafaqna.com “Tasnim”-ə istinadən xəbər verir ki, İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün casusluq etməkdə və general Qasim Süleymaninin olduğu məkanlar barədə məlumatlar ötürməkdə ittiham edilən şəxsi edam edib.
Həmçinin İsrail rejiminin kəşfiyyatı “Mossad”-a da işləməkdə də ittiham edilən Mahmud Musəvi Məcd bu gün səhər saatlarında edam edilib.
Ona qarşı cinayət işi hələ general Süleymaniyə qarşı sui-qəsddən öncə başladılıb və ABŞ-ın iranlı generala qarşı sui-qəsdi ilə bağlı deyil.






























