Gürcüstanda 5-ci və yuxarı sinif şagirdləri maska taxmalı olacaqlar

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan təhsil naziri Mixail Çxenkeli Koordinasiya Şurasının iclasında çıxış edib.

O deyib ki, 5-ci sinifdən yuxarı şagirdlər maska taxmalı olacaqlar.

15 fevraldan tədris prosesi Tbilisi, Kutaisi və Rustavi məktəblərində davam etdiriləcək, buna görə də biz qərara gəldik ki, bütün məktəblərdə, 5-ci sinifdən başlayaraq, şagirdlərin maska taxması zəruri olacaq. Ətraflı təlimatlara gəlincə, onlar bu gün məktəblərə göndəriləcək, bütün məktəblər isə bu barədə valideynlərə xəbər verəcəklər”, – deyə Çxenkeli qeyd edib.

Onun sözlərinə görə, tədris prosesinin təbii mühitinə – siniflərə geri dönməsi böyük nailiyyətdir və distant təhsilə keçid məcburiyyətinin baş verməməsi üçün bunu qoruyub saxlamaq lazımdır.

Bu məqaləni paylaş