
Rusiya Ermənistanı Avropa İttifaqına (Aİ) üzvlüyün mənfi nəticələri barədə xəbərdar edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk danışıb.
O, Aİ ölkələri ilə Rusiya arasında hava əlaqəsinin olmadığını xatırladaraq bildirib ki, əgər Yerevan da Aİ-yə qoşulsa, avtomatik olaraq Moskva ilə Yerevan arasında da hava əlaqəsi kəsiləcək.
Overçuk Ermənistan vətəndaşlarını Avropaya inteqrasiya kursunun mümkün nəticələri barədə düşünməyə çağırıb və bu məsələyə görə məsuliyyətin Ermənistan tərəfində olacağına işarə edib.






























