Yerevan Moskvanı KTMT və Aİİ-dən çıxmaqla şantaj edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O deyib ki, Rusiya qazının qiyməti artırılacağı halda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını yenidən nəzərdən keçirə bilər.

Xatırladaq ki, Ermənistan baş nazirinin Moskvaya işgüzar səfəri çərçivəsində keçirilən görüş zamanı Rusiya prezidenti qeyd edib ki, Ermənistan Rusiyadan qazı Avropadakı bazar qiymətlərindən xeyli ucuz alır (min kubmetr üçün 600 dollarla müqayisədə 177,5 dollar).

HƏMÇİNİN OXU: Ermənistan KTMT-yə qayıdacaq?