
NATO bloku şərq cinahında hərbi potensialını aktiv şəkildə artırır və artıq Avropada təhlükəsizlik arxitekturasını pozub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
“NATO-nun qondarma şərq cinahında hərbi potensialın aktiv şəkildə artırılması gedir. Bunun nəticəsi isə Avropanın militarizasiyası (hərbiləşdirilməsi) və təhlükəsizlik arxitekturasının pozulmasıdır”, – deyə Rusiya XİN qeyd edib.
Nazirlikdə həmçinin əlavə edilib ki, NATO artıq on genişlənmə dalğası həyata keçirib və onların yeddisi SSRİ-nin dağılmasından sonra baş verib, baxmayaraq ki, alyansın şərqə doğru genişlənməyəcəyi barədə vəd verilmişdi.






























