
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib.
Farsca yayımlanan paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.
قدردانی رئیس جمهورمحترم جمهوری اسلامی ایران، برادرم جناب آقای مسعود پزشکیان از حمایت مردم و دولت جمهوری آذربایجان از طرف مردم ما بسیار ارزشمند تلقی می شود.
ملتهای دوست و برادر ما در طول قرنها پشتیبان یکدیگر بوده اند واز این به بعد هم در روزهای خوش و سخت همواره در کنار هم خواهیم… https://t.co/E5y9kqOzp4
— İlham Əliyev (@azpresident) April 4, 2026






























