ABŞ Bəhreyn bazasından hərbçiləri təxliyə edir

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını Yaxın Şərqdəki bəzi bazalardan təxliyə edib.

Bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.

Məlumata əsasən, İran Bəhreyndəki bazaya raket və dronlarla zərbə endirdikdən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə olunub. Bölgədəki digər Amerika bazalarından da təxliyələr həyata keçirilib, lakin ətraflı məlumat verilməyib.

Bəhreyn bazasından təxminən 1500 hərbçi və onların ailələri təxliyə olunub. ABŞ-İsrail hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 hərbçi xidmət edirdi.

Bu məqaləni paylaş