İranın Atom Enerjisi Təşkilatı Rafael Qrossiyə etiraznı bildirib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İranın Atom Enerjisi Təşkilatı (İAET) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direkoru Rafael Qrossiyə etiraz edib.

Bu barədə İran KİV məlumat yayıb.

Buna səbəb Rafael Qrossinin Tehrandan göndərilən məktuba cavab verməməsidir:

“ABŞ və İsrailin İranın dinc məqsədlərlə istifadə etdiyi nüvə obyektlərinə hücumları qarşısında AEBA-nın sükutu sadəcə fəaliyyətsizlik deyil, əksinə, hava zərbələrinə açıq şəriklikdir. AET-nin rəhbəri bu ədalətsiz hücumlardan sonra baş direktora etiraz məktubları göndərib. Bu tarixi səhlənkarlıq agentliyin qalan etibarını da məhv edəcək”.

Xatırladaq ki, martin 27-də İsrail İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna zərbə endirib. Martın 28-i Tehrandan AEBA-ya məlumat verilib, Rafael Qrossi isə hazırda araşdırma aparıldığını deyib.

Bu məqaləni paylaş