Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 829 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 566, ölənlərin sayı 8 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 263057 nəfər koronavirusa yoluxub, 254916 nəfər sağalıb, 3306 nəfər isə vəfat edib.
Hazırda 430 karantin rejimində, 2149 nəfər xəstəxanada, 301 nəfər isə COVİD 19 otelindədir.
Bu məqaləni paylaş