Makron: Hormüzün hərbi yolla açılması qeyri-realdır

Az.shafaqna.com-un xəbərinə görə, Fransa prezidenti Emmanuel Makron bildirib ki, Hörmüz boğazının hərbi yolla açılması mümkün və real variant hesab olunmur.

Makron qeyd edib ki, bəzi dairələr, o cümlədən zaman-zaman ABŞ-da da bu məsələ ilə bağlı hərbi müdaxilə ideyası irəli sürülür. Lakin onun sözlərinə görə, boğazdan keçən gəmilər üçün ciddi risklər yarada bilər.

Fransa lideri vurğulayıb ki, bu yanaşma heç vaxt onların dəstəklədiyi variant olmayıb, çünki bunu həyata keçirmək real görünmür.

Bu məqaləni paylaş