
Az.shafaqna.com-un verdiyi xəbərə görə, İraq milli komandası martın 31-də Meksikada keçirilən pley-off mərhələsində Boliviya millisini 2:1 hesabı ilə məğlub edərək qitələrarası Dünya Çempionatına vəsiqə qazanan 48-ci və son komanda olub. Bu qələbə ilə İraq 1986-cı ildən bəri ilk dəfə final mərhələsinə yüksəlmək hüququ əldə edib.
Əli əl-Həmadi və komandanın kapitanı Eymən Hüseynin qolları Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən hazırlıqları çətin keçən İraq millisi üçün tarixi qələbəni təmin edib.
Regional qeyri-sabitlik səbəbindən oyunun təxirə salınmasını istəyən İraq millisinin baş məşqçisi Qrehem Arnold komandasının yorğunluq və logistika çətinliklərinə baxmayaraq əldə etdiyi bu qələbəyə çox sevinib.
Qeyd edilir ki, İraq millisi bu qarşılaşma üçün ilk başda Bağdaddan İordaniyaya quru yolu ilə keçid ediblər. Daha sonra isə Meksikaya qədər üç gün davam edən yorucu səfərdən sonra oyuna çıxıblar.






























