Az.shafaqna.com xəbər verir ki, Almaniyada benzin qiymətləri kəskin bahalaşaraq 2022-ci ilin yazından bəri ən yüksək səviyyəyə yüksəlib və hazırda bir litr üçün 2,13 avro təşkil edir.

Avropa Komissiyasının məlumatına görə, bu göstərici Avropa üzrə orta qiymətdən (1,89 avro) təxminən 13% yüksəkdir.

Bahalaşma nəticəsində Almaniya benzinin ən baha olduğu ölkələr sırasına daxil olub. Siyahıda Danimarka (2,25 avro/litr), Niderland (2,35 avro/litr) və Finlandiya (2,11 avro/litr) da yer alır.

Dünyada, o cümlədən də Avropada yanacaq qiymətlərinin artması ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilə bağlıdır