İslam Respublikasının yeni Ali lideri Ayətullah Müctəba Xamenei təhlükəsiz yerdədir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İranın Cenevrədəki (İsveçrə) BMT qurumlarındakı səfiri Əli Bəhreyni məlumat verib.

İranlı diplomat bildirib ki, İslam İnqilabının Ali lideri prosesləri nəzarət saxlayır və idarə edir: “O, öz vəzifələrini həyata keçirir, ölkəyə başçılıq edir, müxtəlif bəyanatlarla öz qərarlarını və mövqelərini elan edir“.

Əli Bəhreyni qeyd edib ki, İrandakı siyasi struktur olduqca yaxşı işləyir.

Lider öz işini icra edir, lakin mövcud vəziyyətlə əlaqədar, əlbəttə ki, müəyyən təhlükəsizlik tədbirləri zəruridir, xüsusilə də hazırkı dövrdə“, – deyə o vurğulayıb.