Az.shafaqna.com-un verdiyi xəbərə görə, Livandakı BMT sülhməramlı missiyası (UNIFIL) İsrailin quru işğalı zamanı 24 saat ərzində baş verən ikinci ölümcül hadisədə cənubda iki heyət üzvünün öldüyünü bildirib.
Missiya “səbəbi məlum olmayan partlayışın nəqliyyat vasitələrini məhv etməsi nəticəsində” iki İndoneziyalı sülhməramlının öldüyünü və iki əsgərin də yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Bir gün əvvəl isə, missiyaya məxsus bir mövqe yaxınlığında mərmi ilə vurulan başqa bir indoneziyalı sülhməramlı həlak olub, üçü isə yaralanıb..
BMT sülhməramlı missiya təhqiqat başladıb və BMT-nin sülhməramlı əməliyyatlar rəhbəri Jan-Pyer Lakrua hücumları qınayaraq, “sülhməramlıları təhlükəyə atan bütün hərəkətlər dayandırılmalıdır” deyib.
