İraqda İŞİD-ə qarşı əməliyyat: Çox sayda terrorçu həbs edildi

Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, İraqın şimalında 15 İŞİD terrorçusu həbs edilib.

İraq Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, həmin terrorçular Neynəva əyalətinin müxtəlif rayonlarında tutulublar.

Onlar İŞİD terror təşkilatına üzvlük və təhlükəsizlik qüvvələri və vətəndaşlara qarşı bir neçə terror hücumunda iştiraka görə axtarılırdılar.

Xatırladaq ki, ötən gün də Bağdadda keçirilən əməliyyat zamanı 13 İŞİD terrorçusu həbs edilib.

Bu məqaləni paylaş