İran ABŞ-ın növbəti PUA-sını məhv etdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ istehsalı olan “MQ-9 Reaper” uzunmənzilli pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbər verib.

Məlumata əsasən, uçuş aparatı İslam Respublikasının mərkəzi hissəsində yerləşən İsfahan şəhəri üzərindəki səmada vurulub.

“Bir neçə dəqiqə əvvəl İsfahan üzərində “MQ-9 Reaper” pilotsuz təyyarəsi ələ keçirilərək məhv edilib”, – deyə açıqlamada qeyd edilib. Orada vurğulanıb ki, müasir Amerika pilotsuz uçuş aparatı “ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin nəzarəti altında olan SEPAH-ın yeni inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”.

Bu məqaləni paylaş