Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Seyid Abbas Ərakçi sosial şəbəkə üzərindən məlumat verib.

O qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla regiondakı son prosesləri, həmçinin Bakı və Tehran arasındakı ikitərəfli münasibətləri müzakirə edib.