Dünən avtomat, tapança və qumbaralar aşkarlanıb

Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu məqaləni paylaş