Kubada enerji böhranı səbəbindən 100 mindən çox insan xəstəxanalarda əməliyyat növbəsində gözləyir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, xarici ticarət və investisiya naziri Oskar Perez-Oliva bildirib.
O qeyd edib ki, növbədə olanların 11 mindən çoxu uşaqlardır.
Perez-Oliva vurğulayıb ki, enerji böhranı ölkədə həyatın bütün sahələrinə ciddi məfi təsir göstərir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kubaya qarşı sərt blokada tətbiq edib.
HƏMÇİNİN OXU: Rusiya Kubanın blokadasını yardı
Bu məqaləni paylaş
