Avstraliya hökuməti ABŞ-İsrailin İran qarşı başlatdığı müharibənin səbəb olduğu yanacaq böhranının fonunda əlavə yanacaq ehtiyatı yaratmaq üçün enerji təhlükəsizliyi qanunlarında dəyişiklik etməyə hazırlaşır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Entonu Albanese məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı fasiləsiz fəaliyyət göstərilir və yanacaq ehtiyatlarını artırmaq üçün təcili tədbirlər planlaşdırılır.

O bildirib ki, yeni mexanizmlər çərçivəsində dövlət özəl şirkətlərin yanacaq alışına zəmanət verəcək və təchizatçıların üzləşdiyi riskləri kompensasiya edəcək.

Bu məqsədlə “Export Finance Australia” agentliyinin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Baş nazir qeyd edib ki, mövcud ehtiyatlar qısa müddətdə sabit qalsa da, müharibənin uzanması bazarlara əlavə təzyiq yarada bilər. Onun sözlərinə görə, münaqişə nə qədər uzansa, nəticələri də bir o qədər ağır olacaq.

Qeyd olunur ki, parlamentin bu dəyişiklikləri bu gün müzakirəyə çıxarması gözlənilir.