Az.shafaqna.com xəbər verir ki, qlobal əmtəə bazarlarında qızılın qiyməti sürətlə artaraq 4600 dollara yaxın səviyyəyə çatıb.

Beynəlxalq birjalarda həm qiymətli, həm də sənaye metallarında bahalaşma müşahidə olunur. Nyu-Yorkdakı COMEX birjasında qızılın iyun fyuçersləri 1,04% (46,9 dollar) yüksələrək bir unsiya üçün 4 571,2 dollar olub. Spot bazarda isə qızıl 0,86% (38,49 dollar) artaraq 4 532,6 dollara qalxıb.

Digər metallarda da artım qeydə alınıb: gümüşün may fyuçersləri 1,47% bahalaşaraq 70,82 dollara, misin may fyuçersləri isə 0,48% artımla 552,1 dollara çatıb. Platinin spot qiyməti də 2,91% yüksələrək 1 923,5 dollar təşkil edib.

Mütəxəssislər bu artımı əsasən ABŞ dollarının zəifləməsi, Yaxın Şərqdə gərginliyin artması fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və inflyasiya gözləntilərinin yüksəlməsi ilə əlaqələndirirlər.