
İspaniya ABŞ və İsrailin Irana qarşı müharibəsində iştirak edən təyyarələr üçün öz hava məkanını bağlayıb.
Az.shafaqna.com xəbər verir ki, Madrid bu müharibədə istifadə edilən qırıcı və yanacaq dolduran təyyarələrin “Rota Air Base” və “Morón Air Base” aviabazalarından istifadəsini də qadağan edib.
Bundan əlavə, məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Böyük Britaniya və Fransa rance ərazisində yerləşən ABŞ hərbi təyyarələrinə də şamil olunur. Bu təyyarələrin İspaniyanın hava məkanından keçməsinə icazə verilmir.
Yalnız fövqəladə hallarda bu uçuşlara və ya enişlərə istisna tətbiq oluna bilər.






























