
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar 31 mart tarixində Çinə rəsmi səfər edəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə həyata keçiriləcək.
Qeyd olunur ki, Pakistan və Çin arasında regional və beynəlxalq məsələlərdə sıx əməkdaşlıq, davamlı məsləhətləşmələr və güclü strateji tərəfdaşlıq mövcuddur.
Açıqlamada vurğulanıb ki, bu səfər tərəflərə bölgədəki vəziyyəti, eləcə də ortaq maraq doğuran ikitərəfli və qlobal mövzuları müzakirə etmək imkanı yaradacaq.






























