Avstria hökuməti 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq niyyətindədir.

Az.shafaqna.com, bu məsələ ilə bağlı artıq ilkin razılıq əldə edilib. Məqsəd isə uşaqları sosial şəbəkələrdəki təsiredici alqoritmlərin mənfi təsirindən və uyğun olmayan məzmundan qorumaqdır.

Bildirilir ki, qanun layihəsi üzərində işlərə iyul ayında başlanacaq, lakin onun nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb.

Xatırladaq ki, Avstriya ötən ilin dekabrında da 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə çıxışını məhdudlaşdırıb.