
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə NATO-nun müharibəsi deyil.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts bildirib.
“Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp da bu müharibənin NATO-nun müharibəsi olmadığını anlayıb”, – deyə o qeyd edib.
Merts deyib ki, Trampın İranla bağlı etdikləri gərginliyin azaldılması və sülh yolu həllin tapılması deyil, bu, “sonu bəlli olmayan gərginliyin ciddi şəkildə artırılmasıdır”.
O, Trampın “NATO-ya ehtiyacım yoxdur” ifadəsini dəfə-dəfə təkrar etməsinə işarəedərək əlavə edib ki, Trampın NATO-dan bu müharibəyə qoşulmasını istəməsi qəbuledilməzdir.






























